
Birbank
Değerlendirme: 0.00 (Oylar:
0)
* Filiala getmədən 24/7 nağd kredit & taksit kartı limiti əldə etmək
* Bank kartları, hesablarını idarə etmək;
* Depozit hesablarına nəzarət;
* Birbank şəxsi kabineti ilə kredit borclarınıza nəzarət və ödəmək imkanı;
* Onlayn valyuta məzənnəsinin hesablanması və izlənməsi;
* Kartlar üzərində PIN dəyişmə, SMS bankçılıq, 3D Secure, gündəlik limitlərin idarəsi və s. əməliyyatları aparmaq.
ÖDƏNİŞLƏR
Tətbiq istifadəçilərinə şəxsi kabineti istifadə edərək aşağıdakı onlayn ödəniş imkanlarını verir:
* Mobil ödənişlər – Azercell, Bakcell, Nar;
* Kommunal ödənişlər – Azeristlik, Azersu, AzeriQaz, Azerişıq;
* İnternet – Aztelecom, BIRLink və s.;
* TV – AiləTV, KATV ödənişləri;
* Telefon ödənişləri – Aztelekom, Baktelekom;
* Dövlət – dövlət vergiləri, ƏDV geri al;
* Sığorta – PAŞA Sığorta;
* Xeyriyyəçilik – YAŞAT fondu, Qırmızı Ürəklər Fondu;
* Cərimə – BNA, DYP cərimə;
* Kreditlər – Kredit Kapital Bank, İpoteka, Kontakt Home, Optimal, İrshad;
* Təhsil müəssəsi ödənişləri;
* Parkinq;
* Birmarket – onlayn mağazada cibinə uyğun alış-veriş edərək bonuslar qazan və kredit kartı ilə aylarla böl, hissə-hissə ödə;
* Ödəniş şablonu – Birbank-da ödənişi yadda saxlamaq imkanı ilə həm aylıq avtomatik ödənişlər təyin et, həm də istədiyin zaman ödənişləri təkrarla.
KÖÇÜRMƏ VƏ NAĞDLAŞDIRMA
* Bütün Birbank kartlarındakı şəxsi vəsaitdən ümumilikdə 10 000 ₼-dək məbləği tam komissiyasız köçürmək və bankımıza məxsus bankomatlarda nağdlaşdırmaq imkanı;
* Bütün beynəlxalq bank kartlarına və ölkədaxili hesablara pul köçürmələri;
* Cash by Code ilə köçürmələr;
* Mobil nömrə ilə Birbank istifadəçilərinə köçürmələr;
* Zolotaya Korona, Western Union, Xəzri beynəlxalq ödəniş sistemi ilə pul köçürməsi etmək və almaq mümkündür.
BONUS VƏ MİLLƏR
İndi qazandığın bonuslar Bir Bonus kabinetində toplanır.Geniş partnyor şəbəkəmizdə daha çox bonus qazana və ya taksitlə alış-veriş edə bilərsən. Ödənişlərdən əldə etdiyin millər ilə AZAL, THY və digər şirkətlərdən bilet almaq mükündür.
ƏDV GERİ AL
Birbank Cashback kartı ilə edilmiş alış-veriş çeklərinin QR-nı Birbank-da oxut, ƏDV-nin 35%-ni "ƏDV geri al" balansına əldə et. Bonuslar hesabında ƏDV balansına nəzarət edə, ödənişlər və köçürmələr edə bilərsən.
TƏMASSIZ ÖDƏNİŞ ÜSULLARI
* NFC: telefonu POS terminala toxundurmaqla;
* Apple Pay: (Visa və MasterCard) taksit və debet kartını wallet-ə əlavə etməklə;
* QR Pay: çeki və ya kassadakı QR kodu oxudaraq ödənişləri təhlükəsiz və təmassız edə bilərsən.
RƏQƏMSAL KART
Kapital Bank filiallarına gəlmədən bir neçə saniyədə pulsuz karta sahib ol. Digital Card ilə Birbank-dan istifadə edərək, onlayn ödənişlər, pulsuz köçürmələrdən yararlana bilərsən.
RƏQƏMSAL BANKÇILIQ
Kart və kredit sifarişi – Bank məhsulları bölməsindən istəyinə uyğun kartı və ya nağd krediti onlayn şəkildə 24/7 əldə edə bilərsən.Nağd kredit və taksit limiti də Birbank tətbiqində əks olunacaq.
Onlayn növbə – Tətbiqin onlayn növbə bölməsindən bank xidmətini seçib, filial, tarix və saatı qeyd etməklə növbəni götür və filialda sıra gözləmə.
BİRBANK PARTNYORLARI
İstədiyin mağaza, restoran və digər xidmətlər ilə Birbank partnyorları səhifəsindən tanış ola bilərsən. Həmçinin, partnyorların təklif etdiyi sərfəli kampaniyalar, keşbek, mil və taksit imkanlarını da burada yerləşdirmişik.
FİLİAL VƏ BANKOMATLAR
Ölkə ərazisində yerləşən Kapital Bank filiallarını, həmçinin bankomatlarını ya siyahıdan, ya da xəritədən tapa bilərsən.
DİGƏR XİDMƏTLƏR
Azercell fakturalı xətt, PAŞA Həyat sığortası abunəçiləri üçün hesabın idarə olunması və cərimələrdən anında xəbər tutmaq üçün SMS Radar funksiyası mövcuddur.
Kullanıcı DeğerlendirmeleriYorum Ekle ve İncele
Based on 0
Oylar ve 0 Kullanıcı Değerlendirmeleri
Henüz yorum eklenmedi.
SPAM, istismara yönelik, konu dışı, küfür içeren, kişisel saldırı içeren veya herhangi bir türden nefreti teşvik eden yorumlar yayınlanmak üzere onaylanmayacaktır.
Teknoloji Haberleri
Bu Kategorideki Diğer Uygulamalar